Tədbirlər
Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilmişdir
24-25 iyun 2024-cü il tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilmişdir. Forumda baş verənləri xronolji ardıcıllıqla nəzərinizə çatdırırıq. Forumun ilk günü Açılış Forumda ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik…
QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyinin artırılması diqqət mərkəzindədir
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyəti təmsilçiliyi: reallıqlar və hədəflər” adlı təlim keçirilib. Bakı Biznes Mərkəzində keçirilən təlimdə 50-yə yaxın QHT-dən nümayəndələr iştirak edib. Təlimdə “COP29 tədbirində qeyri-hökumət təşkilatlarının iştirak prosedurları, hədəflər”, “BMT strukturlarında üzvülük, prosedurlar və imkanlar” kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb. Təlimçilər COP29 Təşkilat…
14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər. Bəyanatda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırlar. “Bu tədbir…
MQF Şirvan şəhərində müşahidəçilərlə görüş keçirdi
Bu gün Azərbaycan Milli QHT Forumunun Şirvan şəhərindəki müşahidəçiləri ilə görüşü baş tutub. Müşahidəçilərə onların hüquq və vəzifələri haqqında məlumat verilib, daha sonra onların Respublika üzrə müşahidəçi vəsiqələri təqdim olunub.
